30.01.2025
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə gənc rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının tələbəsi İlka İsmayılovanın əl işlərindən ibarət “Gəncliyin rəngləri” adlı fərdi rəsm sərgisi keçirilib.
30.01.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon Mərkəzi Kitabxanasının və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə gənc rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının tələbəsi İlka İsmayılovanın əl işlərindən ibarət “Gəncliyin rəngləri” adlı fərdi sərgisi keçirilib.
Siyəzən Gənclər Evində baş tutan müxtəlif mövzuları əhatə edən 20-dən çox rəsm əsəri nümayiş etdirilib. Sərginin təşkili Azərbaycan Gəncləri Gününün qeyd olunması, yaradıcı gənclərə dəstəyin göstərilməsi, onların yaradıcılıq potensialının üzə çıxarılması, istedadlı gənclərin cəmiyyətə tanıdılması, həmçinin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb.
Rəsmi hissədə çıxış edənlər əlamətdar günün əhəmiyyətindən danışaraq sərgi ilə bağlı təəssüratları bölüşüblər və İlkay İsmayılova yaradıcılıq uğurları arzulayıblar.
Daha sonra sərgidə nümayiş etdirilən əl işlərinə baxış keçirilib.