Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yaradan əllər” adlı fərdi rəsm sərgisi keçirilib.

05.02.2025

 

05 fevral 2025-ci il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində Şabran rayon Heydər Əliyev Mərkəzi və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə gənc rəssam İlkanə Kərimovanın “Yaradan əllər” adlı fərdi rəsm sərgisi keçirilib.

Gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunun yüksəldilməsi, istedadlı və yaradıcı gənclərin aşkar edilməsi və təbliğ olunması məqsədilə keçirilən tədbirdə Şabran Rayon İcra Hakimiyyəti başçısının Müavini İlkin Ağayev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, YAP Şabran rayon Təşkilatının sədr müavini, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran rayon üzrə nümayəndəsi və rayonun digər idarə, müəssisə və təşkilat rəhbərləri, işçilər və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə gəncləri təbrik edib və gənc rəssam İlkanə Kərimovaya böyük uğurlar və nailyyətlər arzulayıblar.

Sonda İlkanə Kərimovanın çəkdiyi rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.