Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qəhrəmanlar” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

11.02.2025

 

11.02.2025-ci il tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyi, filialları Xalça muzeyi və Döyüş Şöhrəti muzeyinin birgə təşkilatçılığı ilə antiterror əməliyyatlarında Şəhid olmuş Əlibəy Əlibəyova həsr olunmuş tədbir keçirilib. Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin "Qəhrəmanlar" layihəsi çərçivəsində keçirilən tədbir dövlət himninin səslənməsi və vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə səslənən çıxışlarda qeyd olunub ki, 30 ildən artıq düşmən tapdağı altında olan torpaqlarımız Ali baş komandan, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun şanlı qələbəsi ilə öz əbədi azadlığına qovuşdu. Azərbaycanın hərb tarixinin yeni səhifəsini 44 günlük Vətən müharibəsinin qəhrəmanları yazdı. 2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatları isə vətən müharibəsinin məntiqi ardıcıllığı idi. Bu əməliyyatlar nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, üçrəngli bayrağımız Xocalıda dalğalandı.

Tədbirdə şəhid ailələri, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri, Xaçmaz şəhər Mehman Babayev adına 1 nömrəli məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir məktəblilərin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.

Tədbirin sonunda Şəhid Əlibəy Əlibəyovun Xaçmaz Tarix Diyarşünaslıq muzeyinə təhvil verilmiş əşyaları əsasında təşkil olunmuş sərgiyə baxış keçirilib.

Muzeyin direktoru şəhid ailəsinə əşyaları muzeyin fonduna əmanət etdikləri üçün muzey adından öz təşəkkürünü bildirib.