Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Hərəyə bir kitab” adlı tədbir keçirilib.

13.02.2025

13.02.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon MKS-nin Mərkəzi kitabxananın Oxu zalında "14 Fevral-Beynəlxalq Kitab Bağışlama Günü " ilə əlaqədar "Hərəyə bir kitab" adlı tədbir keçirilib.

Tədbirdə kitabxana əməkdaşları, 4 saylı orta məktəbin müəllim və şagird kollektivi, valideynlər və fəal oxucular iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Kitabxananın direktoru Gültəkin Pənahova hamını salamlayıb "Beynəlxalq Kitab Bağışlama Günü" münasibəti ilə təbrik edib və bildirib ki, bu bayram gənc nəsildə kitaba sevgi hissi yaradır, mütaliə mədəniyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

Çıxış edənlər bu bayramın ABŞ-da yarandığını və ölkəmizdə 2013-cü ildən keçirildiyini qeyd ediblər.

Tədbir çərçivəsində məktəblilər müxtəlif məzmunlu kitablar haqqında öz fikir və düşüncələrini söyləyiblər.

Tədbirin sonunda "14 Fevral- Beynəlxalq Kitab Bağışlama Günü" adlı sərgi tərtib olunub və kitabxananın direktoru məktəblilərə kitab hədiyyə etmiş və fəxri fərman verərək tədbirdə iştirak etdiklərinə görə kitabxana adından öz təşəkkürünü bildirib.