14.02.2025
14.02.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının oxu zalında 14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar “Gələcəyə kitab bağışla” adlı tədbir keçirilib.
Tədbirdə mərkəzi kitabxananın əməkdaşları, tələbələr və kitabxananın fəal oxucuları iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, dünya əhalisi fevralın 14–nü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Kitabı sevdirmək üçün onu hədiyyə etməkdən başlamaq lazımdır. Bu oxucuları mütaliəyə cəlb etməyin ən gözəl yoludur. Hər il minlərlə həm oxunmuş həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır. Tədbir çərçivəsində il ərzində fəallığı ilə fərqlənən oxuculara mərkəzi kitabxananın hədiyyə fondundan kitablar təqdim olunub.
Sonda “Kitab biliyin açarıdır” adlı kitab sərgisinə baxış keçirilib.