Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Musiqidə müasir texnologiyalar” layihəsi çərçivəsində təlim keçirilib

17.02.2025

 

 17.02.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba şəhər Uşaq İncəsənət məktəbində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi və Mədəni Əlaqələrin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Musiqidə müasir texnologiyalar" layihəsi çərçivəsində təlim keçirilib.

"Musiqidə müasir texnologiyalar" layihəsi ötən il Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin qrant müsabiqəsində qalib seçilib. Layihənin rəhbəri xalq artisti, Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasının baş elmi işçisi, dosent Zümrüd Məmmədovadır. 

 "Musiqi kitabları üçün elektron resurslar", "Süni intellekt və musiqi", "Müasir səsyazma proqramları" mövzularında keçirilən seminarda peşəkar musiqiçilər Bəstəkarlar İttifaqının Gənclər Şöbəsinin sədri və idarə heyətinin üzvü, Mədəni Əlaqələrin İnkişafına Dəstək İB-nin sədri, Bakı Musiqi Akademiyasının doktorantı və elmi işçisi İlahə Qismət və Azərbaycan Dövlət Dram Teatrının musiqi hissə müdiri, Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü, bəstəkar Azər Hacıəsgərli məruzələri ilə çıxış ediblər. İştirakçılara xüsusi hədiyyələr təqdim olunub.

 Tədbir, Quba şəhər Uşaq İncəsənət məktəbinin şagirdlərinin hazırladıqları konsert proqramı ilə davam edilib.

#mədəniyyət #incəsənət #musiqi