27.03.2025
Quba Tarix-Diyarşünaslıq Muzeyi və Quba şəhər Hacıbaba Əliyev adına 1 saylı tam orta məktəbin təşkilatçılğı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Quba şəhər Hacıbaba Əliyev adına 1 saylı tam orta məktəbin direktoru, müəllim və şagird kollektivi, Quba Tarix-Diyarşünaslıq Muzeyi və filiallarının əməkdaşları iştirak ediblər.
Dövlət Himni ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin, 31 Mart Soyqırım qurbanlarının əziz xatirəsi və torpağlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımlar, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verilib. Vurğulanıb ki, xalqımıza qarşı belə soyqırımılarından biri də 1918-ci ilin sonlarından başlayaraq erməni- bolşevik silahlı dəstələri tərəfindən törədilib.
Sonra məktəblilər 31 Mart Soyqırım Günü ilə əlaqədar şeirlər söyləmiş və səhnə nümayiş etdirmişdilər.
Tədbirin sonunda soyqırım günü ilə əlaqədar video-çarx izlənilib.