17.03.2025
17.03.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Mədəniyyət Mərkəzinin Hil kənd Folklor evində "Kənddə Folklor Günü" çərçivəsində Novruz bayramına həsr olunmuş "Novruz bayramınız mübarək!" adlı bayram tədbiri keçirilib.
Bayram tədbirində "Mel" folklor xalq kollektivinin, "İkram" ritm, "Ləzginka" rəqs qruplarının, güc pəhləvanının, müğənnilərin çıxışları, milli mətbəx nümunələrindən və qədim milli məişət əşyalarından ibarət sərgilər nümayiş etdirilib.