18.03.2025
18 mart 2025-ci il tarixində Siyəzən rayon İcra Hakimiyyətinin və Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Siyəzən rayon Mədəniyyət Mərkəzinin birgə iştirak ilə Mədəniyyət Mərkəzinin qarşısında “Yurdumuza Bahar gəlir” adlı tən-tənəli bayram şənliyi keçirilib. Mədəniyyət Mərkəzinin qarşısında bayram tonqalı yandırılmışdır. Mərkəzin qarşısında rəsm sərgisi, qədim adət-ənənələrimizi özündə əks etdirən Novruz təamları nümayiş etdirilib.
Tədbirdə Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov rayon ictimaiyyətini təbrik edib.
Tədbirdə Siyəzən rayon Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivinin bir birindən maraqlı çıxışları alqışlarla qarşılanıb.