Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yurdumuza yaz gəldi” adlı bayram tədbiri keçirilib.

19.03.2025

19 mart 2025-ci il tarixdə Şabran rayon İcra Hakimiyyəti və Quba –Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Şabran rayon Mədəniyyət Mərkəzinin iştirakı ilə Novruz bayramı ilə əlaqədar "Yurdumuza yaz gəldi” adlı bayram tədbiri keçirilib.

Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin Başçısı Asif Hüseynov, aparat nümayəndələri, rayon müəssisə və təşkilat rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib.

Tədbirə gələn qonağlar əvvəlcə Novbruz adət ənənələrimiz, milli mətbəximiz və əl işlərindən ibarət sərgi ilə tanış olub.

Rayon İcra Hakimiyyətinin Başçısı Asif Hüseynov meydanın mərkəzində qalanmış Novruz tonqalını alovlandırıb.

Qızlardan ibarət rəqs qrupu tonqalın ətrafında “ Yallı” rəqsini oynayıb.” Çıraqqala” zurnaçılar xalq kollektivinin ifa etdiyi “Cəngi” sədaları altında bayram konserti başlanıb. Azərbaycanın tanınmış müğənniləri İzzət Bağırov, Rüfət Axundov, Aytən Feyruzi, Tural Qismətin çıxışı tədbirə rəng qatıb. Novruzun personajları-Ozan baba, Bahar qızı, Kosa və Keçəlin çıxışları tədbiri daha da maraqlı edib. Rayonumuzun istedadlı müğənniləri Eldar Mustafayev,Natiq Əliyev, Tural Məcidov,” Xınayaxdı xalq kollektivi”,Əmircan Şabranlı, qızlardan ibarət kllasik vokol qrupu, nağaraçılardan ibarət qrupun çıxışları tamaşaçıların sevincinə və gurultulu alqışlarına səbəb olub.