28.03.2025
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Quba Soyqırımı Memorial Kompleksi tərəfindən Mərkəzi kitabxananın oxu zalında 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Erməni vəhşiliyi-Quba soyqırımı” adlı tədbir keçirilib.
Tədbirdə Quba Soyqırımı Memorial Kompleksinin direktor müavini, MKS-nin əməkdaşları, Quba Dövlət Sosial İqtsadi Kollecinin tələbələri, fəal oxucular və başqaları iştirak edib. Tədbirdə çıxış edənlər bildiriblər ki,son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdır. 1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.Əllərinə düşən fürsətlərdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəniyyət abidələrini dağıtdılar.Respublika səviyyəsində faciəyə tam siyasi –hüquqi qiymətin verilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı soyqırımı həqiqətlərinin üzə çıxarılması istiqamətində mühüm addımlardan biridir.Azərbycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası nəticəsində Ermənistanın dövlət səviyyəsində yeritdiyi terrorçuluq, hərbi təcavüz və silahlı separatçılıq siyasəti ifşa olunur, Azərbaycanın haqq səsi daha ucadan eşidilir.
Sonda “31 Mart –Azərbaycanlıların Soyqırımı Günü” dür adlı kitab sərgisinə baxış keçirilib