Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şanlı Aprel döyüşlərinin 9-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

03.04.2025

 

03.04.2025-cü il tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin Döyüş Şöhrəti muzeyi filialının təşkilatçılığı ilə Aprel döyüşlərinin 9-cu ildönümünə həsr olunmuş "Aprel zəfəri" adlı tədbir keçirilib.

Tədbirdə Aprel döyüşlərinin böyük Zəfərin başlanğıcı olaraq Azərbaycanın hərb tarixində mühüm əhəmiyyət daşıması ilə bağlı çıxışlar səslənib.

Qeyd olunub ki, 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman Azərbaycan ordusu təcavüzkar düşmən ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər. Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edilib, strateji əhəmiyyətli "Lələ təpə" yüksəkliyinə üçrəngli bayrağımız sancılıb. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

Təməli Aprel döyüşləri ilə qoyulan azadlıq mücadiləmiz Ali baş komandanın rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük müharibədə böyük qələbəsi ilə nəticələnib. 2023-cü il sentyabrın 19-u keçirilən antiterror əməliyyatları nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü birmənalı olaraq bərpa edib.

Tədbirdə Xaçmaz şəhər Mehman Babayev adına 1 nömrəli tam orta məktəbin 6 b sinif şagirdlərinin ifasında vətənpərvərlik ruhunda şerlər səslənib. Sonda xaçmazlı aprel şəhidlərinin şəxsi əşyalarından ibarət sərgiyə baxış keçirilib.