Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

’’Ömrünü xalqına həsr etmiş Lider’’ adlı tədbir keçirilib.

08.05.2025

 

8 may 2025 -ci  il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi  Siyəzən rayon Mədəniyyət mərkəzində Siyəzən rayon Mədəniyyət mərkəzinin və Quba-Xaçmaz Regional İdarəsinin Siyəzən rayon təhsil  sektorunun birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri H.Əliyevin anadan olmasının  102 -ci il dönümünə həsr olunmuş ''Ömrünü xalqına həsr etmiş lider'' adlı tədbir keçirilib.

Tədbirdə  Siyəzən İcra Hakimiyyətinin humanitar və sosial məsələlər üzrə müavini,  Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədri,   İcra Hakimiyyətinin məsul işçisi, Siyəzən rayon təhsil sektorunun müdiri, Mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə ilk öncə Ulu Öndər H.Əliyevin eləcədə torpaqlarımızın müstəqilliyi suverenliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir məktəblilərin çıxışları ilə davam etdirilib.