Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Əbədiyaşar Lider” mövzusunda dəyirmi masa keçirilib.

07.05.2025

 

07.05.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mərkəzi Kitzbxanasının və Siyəzən şəhər Peşə məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş "Əbədiyaşar Lider" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Siyəzən rayon İcra Hakimyyətinin məsul işçisi, Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədr müavini, Siyəzən rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri, rayon ümumtəhil məktəblərinin müəllimləri, Siyəzən rayon Peşə məktəbinin müəllim və tələbələri, kitabxana işçiləri iştirak edib.

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyev xalqımızın yaddaşında müdrik siyasətçi, qətiyyətli iradəsi və əzmkarlığı ilə fərqlənən böyük şəxsiyyət olaraq, eyni zamanda həm də bütün dünyada görkəmli dövlət xadimi kimi tanınmışdır. Respublikanın rəhbəri olduğu dövrdə Ulu öndər təcrübəli dövlət xadimi kimi ölkəmizin ictimai həyatının bütün sahələrində öz bilik və bacarıqlarını xalqının yaşayış rifahının qaldırılmasına yönəltmişdir. Müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı, ölkəmizin uzunmüddətli və dinamik inkişafının ideya müəllifi sayılır. Onun adı ölkəmizin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkilir, xalqımızın dərin hörmət və ehtiram ünvanı kimi tanınır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın nail olduğu hər bir uğur həm də Heydər Əliyev ideyalarının həyata keçirilməsindən qaynaqlanır. Heydər Əliyev yolunu ən layiqli şəkildə, qətiyyətlə və inamla davam etdirən, dünyanın nüfuzlu siyasi liderləri ilə bir cərgədə dayanan İlham Əliyevin rəhbərliyi altında keçilən inkişaf yolu Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə, bölgənin liderinə, dünyada isə söz sahibinə çevirib.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.