15.05.2025
15 may 2025- ci il tarixində Xaçmaz rayon İcra Hakimiyyətinin və Quba- Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 15 may- Beynəlxalq Ailə Gününə həsr olunmuş "Azərbaycan ailəsində milli -mənəvi dəyərlərimizin qorunması" adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Könül Əskərova 15 May Ailə Gününün yaranma tarixindən danışaraq vurğulayıb ki, Azərbaycanda ailə inistutunun möhkəmlənməsi, ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirdə çıxış edən Xaçmaz rayon İcra Hakimiyyətinin əməkdaşı Yaqut Məsimova, Xaçmaz Qadınlar Cəmiyyətinin sədri Sədaqət Cəmiyeva, Xaçmaz rayon Qeydiyyat Şöbəsinin məsul əməkdaşı Nailə Qurbanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xaçmaz rayon üzrə nümayəndəsi, Qadın Resurs Mərkəzinin rəhbəri İntizar Ömərova, şəhid anası Yasəmən İmamova və Əməkdar Jurnalist Azər Həsrət bildiriblər ki, Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Bu gün ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulan ailə institutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse -prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Tədbir Xaçmaz rayon Uşaq İncəsənət məktəbinin konsert proqramı ilə davam edib.