Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzəndə Xızı-Xaçmaz rekreasiya zonasının Baş İnkşaf planının hazırlanması layihəsinin təqdimatı keçirildi

20.12.2017

    20 dekabr 2017-ci il tarixində Siyəzən rayon Mədəniyyət Mərkəzində “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq “İnnova” MMC tərəfindən Xızı-Xaçmaz rekreasiya zonasının Baş İnkşaf planının hazırlanması layihəsinin təqdimatı keçirildi. Təqdimatda Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin Planlaşdırma və İnkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, Siyəzən İcra Hakimiyyətinin Başçısın müavini Azər Əlizadə, Xızı-Xaçmaz turizm rekreasiya zonasının rəhbəri Nazim Ağayev və “İnnova” MMC-nin nümayəndələri və dövlət qurumlarının müvafiq regional nümayəndələri və zonaya daxil olan maraqlı tərəflərin nümayəndələri iştirak etmişdir. Çıxış edənlər layihə ilə bağlı iştirakçılara geniş məlumat vermişdir.

      Sonda iştirak edənlər layihə ilə bağlı müvafiq fikir və təkliflərini bildirmiş, Siyəzən rayonunun turizm potensialı barədə qeydlərini etmişdir.

      Təqdimat işgüzar şəraitdə keçmişdir.