Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Balaca Əllər, Böyük Ürəklər“ adlı əyləncəli tədbir keçirilib.

30.05.2025

 

30.05.2025-ci il tarixində Quba Tarix-Diyarşünaslıq Muzeyində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Balaca Əllər, Böyük Ürəklər“ adlı əyləncəli tədbir keçirilib. Tədbirdə Quba şəhər 3 saylı tam orta məktəbin 2-ci sinif şagirdləri, Elay rəqs qrupunun gimnastları, Quba şəhər 2 saylı Körpələr evi - Uşaq bağçasının uşaqları və Quba Tarix- Diyarşünaslıq Muzeyinin nəzdində fəaliyyət göstərən rəssamlıq kursunun şagirdləri iştirak ediblər .

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbirdə, balacalar şeirlər söyləyərək, rəqslər və gimnastik-akrobatik nömrələrlə çıxışlar ediblər.