Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Hüquqlarımızı bilək və qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.

30.05.2025

 

30 may 2025-ci il tarixində Quba rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi və “İnsan hüquqları aylığı” çərçivəsində insan hüquqlarıının qorunmasına həsr olunmuş “Hüquqlarımızı bilək və qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Quba rayon Heydər Əliyev Mərkəzi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin komissarı, polkovnik Yasin Aşurov, komissarlığının məsul şəxsləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Şimal Regional Mərkəzinin rəhbəri, Quba Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri , təşkilatçı qurumların məsul şəxsləri, ADPU Quba filialının direktor müavini, şəhid anaları, qazilər, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, Quba Asan Xidmət Mərkəzinin , Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz Regional nümayəndəliyinin könüllüləri iştirak edib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhiidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər insan hüquqlarının qorunmasında dövlət siyasətinin əsas istiqamətləri, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi barədə ətraflı məlumat veriblər.

Tədbirin məqsədi insan hüquqları ilə bağlı maarifləndirmənin artırılması, ictimaiyyətin bu sahəyə diqqətinin cəlb olunması və hüquqi mədəniyyətin yüksəldilməsinə tövhə vermək idi. Gənclərin sualları cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.

Sonda xatirə şəkli çəkdirilib.