Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Oxu bayramı” keçirilib.

11.06.2025

 

11.06.2025-ci il Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Qusar rayon N.Nərimanov adına istirahət parkında, Ümummilli Lider Heydər Əliyevin102 illiyinə həsr olunmuş “Oxu bayramı” keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin Aparatının İctimai-Siyasi və humanitar məsələləri şöbəsinin müdir müavini,Quba -Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçi və sektor müdiri v.m.i.e., və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon üzrə nümayədəsi, YAP Qusar təşkilatının sədr müavini, Qusar rayonunun Mədəniyyət müəssələrinin,Qusar rayonu Bələdiyyəsinin və Qusar Gigiyena Epidemalogiya Mərkəzinin əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin üzvi Şahdağ və Marvar Ədəbi birliklərinin sədri,rayonumuzun təhsil işçiləri,ziyalıları,tələbələr,gənclər,rayon ictimayəti iştirak etmişlər.

Tədbirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin “Kitabxana xalqın mənəvi xəzinəsidir” fikrini əsas tutaraq,kitabın,bilik və maarifin xalqımızın gələcəyində oynadığı rolu vurğuladılar.

Oxu bayramı yalnız kitab sevgisini deyil,həm də Azərbaycan dövlətçiliyinə,milli kimliyimizə və mədəni irsimizə olan bağlılığı bir daha nümayiş etdirdi.

Geniş, əhatəli və xüsusi zövqlə tərtibat işləri aparılmış tədbirdə 124 adda 1480-dan artıq müxtəlif mövzularda və dillərdə nəşr olunmuş kitablar, kitabxanaya yeni daxil olmuş nəşrlər sərgilərdə nümayiş olundu.

Sərgilərdə “Bir ömürün salnaməsi”, “Qələbəyə Aparan Lider-İlham Əliyev”, “Mirzə Qədim İrəvani-200”, “Seyid Əzim Şirvani-190”, “ Üzeyir Hacıbəyli-140”, “Maqsud İbrahimbəyov-90”, “2025-ci il Konstitusiya və Suverənlik ilidir,“Yeni kitablar” ,Qədim Yurd Yerimiz-Qərbi Azərbaycan” və s.başlıqlı çoxsaylı sərgilər nümayiş olunub.

Bu gün kitabxanamızda Ulu Öndər Heydər Əliyevin və Konstitusiya və Suverenlik ili çərcivəsində təşkil olunan “Oxu Bayramı” böyük çosqu ilə keçirilib.