12.06.2025
12.06.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba Heydər Əliyev Mərkəzi və Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən Heydər Əliyev Mərkəzinin akt zalında 15 İyun-Milli Qurtuluş Günü ilə əlaqədar “Milli Qurtuluş Günü-xalqımızın Zəfər tarixi” adlı tədbir keçirilib.
Tədbirdə mədəniyyət müəssisələrinin əməkdaşları, Quba Dövlət Sosial İqtisadi Kollecinin müəllim və tələbələri, Quba rayon Zəki Kərimov adına Birinci Nügədi 1 saylı tam orta məktəbin müəllim və şagirdləri,Uşaq İncəsənət Festivalının iştirakçıları və başqaları iştirak edib. Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu öndər Heydər Əliyevin eləcə də torpaqlarımızın azadlığı, suverenliyi, müstəqilliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.Rəsmi hissədən sonra Quba Dövlət Sosial İqtisadi Kollecinin tələbələri və Quba rayon Zəki Kərimov adına Birinci Nügədi 1 saylı tam orta məktəbin şagirdləri Ulu Öndərə, Zəfərə həsr olunmuş şeirlər səsləndirib, Uşaq İncəsənət Festivalının iştirakçıları musiqi nömrələri ilə çıxış ediblər.