Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Narkomaniya cəmiyyətin bəlasıdır” adlı dəyirmi masa keçirilib.

24.06.2025

 

23.06.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə "Narkomaniya  cəmiyyətin bəlasıdır" adlı dəyirmi masa keçirilib.

Tədbirdə Siyəzən rayon İcra Hakimyyətinin məsul işçisi, Polis şöbəsinin əməkdaşı, Siyəzən rayon Gənclər və İdman sektorunun müdiri, Siyəzən GEM-in əməkdaşları, mədəniyyət işçiləri iştirak edib.

Siyəzən rayon Mərkəzi Kitabxanada keçirilən tədbirdə çıxış edənlər bəşərriyyətin ən ağrılı problemlərdən biri olan “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığını,  ölkəmizdə narkomaniyaya qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin mütəmadi xarakter daşıdığını vurğulayıblar.

Tədbir diskussiya şəklində davam edib.