17.06.2025
17.06.2025 Quba-Xaçmaz Regional Mədəniyyət idarəsi Qusar rayon Heydər Əliyev Mərkəzi “Erkən nikah və onun fəsadları” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirə dəvət olunmuş qonaqlar çıxış edərək qeyd ediblər ki, ölkə qanunlarına əsasən 18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır.
18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və qanun pozuntusu sayılır. Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır.
Tədbirin sonunda erkən nikahın fəsadları ilə bağlı videoçarxın nümayişi baş tutub.