Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmazda Xızı-Xaçmaz rekreasiya zonasının Baş İnkşaf planının hazırlanması layihəsinin təqdimatı keçirildi

22.12.2017

     22 dekabr 2017-ci il tarixində Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq “İnnova” MMC tərəfindən Xızı-Xaçmaz rekreasiya zonasının Baş İnkşaf planının hazırlanması layihəsinin təqdimatı keçirildi. Təqdimatda Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin Planlaşdırma və İnkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, Xaçmaz İcra Hakimiyyətinin Başçısının müavini İlhamə xanım Nəzərova, Xızı-Xaçmaz turizm rekreasiya zonasının rəhbəri Nazim Ağayev və “İnnova” MMC-nin nümayəndələri və dövlət qurumlarının müvafiq regional nümayəndələri və zonaya daxil olan maraqlı tərəflərin nümayəndələri iştirak etmişdir. Çıxış edənlər layihə ilə bağlı iştirakçılara geniş məlumat vermişdir.

      Sonda iştirak edənlər layihə ilə bağlı müvafiq fikir və təkliflərini bildirmiş, Xaçmaz rayonunun turizm potensialı barədə qeydlərini etmişdir.

      Təqdimat işgüzar şəraitdə keçmişdir.