Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin növbəti Şura iclası keçirilmişdir

25.12.2017

    25 dekabr 2017-ci il tarixində Siyəzən rayon Mədəniyyət Mərkəzində Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin 2017-ci il üçün sonuncu Şura iclası keçirilmişdir. İclasda Şura üzvləri, regionda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri iştirak etmişdir. Şura iclasında ötən dövr ərzində görülən işlər, gündəlikdə duran məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir.

    Şura iclasında həmçinin Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin və Qusar Dövlət Rəsm Qalereyasının 2017-ci ildə gördüyü işlər barədə müəssisə rəhbərlərinin hesabatı dinlənilmiş, regional idarənin yeni veb saytı haqqında iclas iştirakçılarına məlumat verilmişdir.