Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba Heydər Əliyev Mərkəzində “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ” münasibətilə dəyirmi masa keçirilmişdir

27.12.2017

    27 dekabr 2017-ci il tarixində Quba Heydər Əliyev Mərkəzində “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ” münasibətilə dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Quba rayon təhsil və mədəniyyət işçıləri, Quba şəhər 1, 4, 5 və 7 saylı orta məktəblərin  müəllim və yuxarı sinif şagirdlərin, gənclərin nümayəndələri iştirak etmişlər.

    Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, siyasi irsini əks etdirən fotostendlərlə tanış olmuşlar.

    Heydər Əliyev Mərkəzinin direktoru E.Orucova dəyirmi masanı açmış, ilk öncə ulu öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Sonra o, “Heydər Əliyev və Dünya Azərbaycanlıları” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik gününün təsisçisi müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın xoşbəxt gələcəyinin banisi ulu öndər Heydər Əliyev olmuşdur.

  Dəyirmi masada çıxış edən Quba şəhər 4 saylı orta məktəbin direktor müavini G.İbrahimova, Quba şəhər 5 saylı orta məktəbin direktor müavini S.Tağıyeva, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini H.Sultanova, kitabxanaçı Z.İsgəndərova, Quba şəhər 7 saylı orta məktəbin müəllimi S.Bayramova, yuxarı sinif şagirdlərindən T.Dadaşova və başqaları qeyd etdilər ki, Azərbaycan bütün dünyada yaşayan azərbaycanların tarixi vətənidir. Diaspor təşkilatlarımızın səyləri nəticəsində Azərbaycan həqiqətləti bütün dünyaya olduğu kimi çatdırılır.

    Dəyirmi masanın sonunda “Heydər Əliyev Vətənin keşiyində” filmi nümayiş olundu.