Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Yaddaşlarda yaşayan lider” başlığı altında dəyirmi masa keçirildi

13.12.2017

     13 Dekabr 2017-ci il tarixdə Şabran  rayon Mərkəzi Kitabxananın  Uşaq şöbəsində  Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Yaddaşlarda yaşayan lider” başlığı altında dəyirmi masa keçirildi.

            Dəyirmi masanı kitabxanaçı Aynur Mirzəyeva açdı.O,çıxışında qeyd etdi ki, Ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlanmış, iqtisadi və digər sahələrdə əlverişli qərarların qəbuluna nail olunmuşdur.

            Tədbirdə 4№li orta məktəbin müəllim və şağird heyəti iştirak edirdi.Müəllimlərdən Xatirə Aslanova və Vüsalə Ağayeva Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən geniş danışdılar.

            Sonda iştirakçılar Ulu öndər Heydər Əliyeva həsr olunmuş sərginin qarşısında xatirə şəkli çəkdirdilər.