23.12.2025
23 dekabr 2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba Heydər Əliyev Mərkəzində Autizm spektr pozuntuları olan uşaqların müayinəsi və müalicəsinə dəstəyin göstərilməsi məqsədilə “Autizm xəstəlik deyil, fərqlilikdir” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Heydər Əliyev Mərkəzi, Quba Rayon İcra Hakimiyyəti, “Viqas Med” Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Heydər Əliyev Mərkəzinin kollektivi, Quba rayon İcra Hakimiyyətinin, “Viqas Med” Psixoloji və Nitq İnkişaf Mərkəzinin məsul şəxsləri, ADPU-nun məsul şəxsləri və tələbələri, orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak edirdi.
Tədbirin əsas məqsədi autizm haqqında ictimaiyyətin məlumatlandırılması, autizmli şəxslərə qarşı anlayışlı və inklüziv yanaşmanın təşviq edilməsi olub. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, autizm xəstəlik deyil, fərqlilikdir və autizmli şəxslərin cəmiyyətə inteqrasiyası üçün ailə, təhsil mjüəssisələri və ictimaiyyət birgə məsuliyyət daşıyır. Bu cür tədbirlər autizimli şəxslərin hüquqlarının qorunmasına, sosial adaptasiyasına və cəmiyyətdə qəbul olunmasına tövhə verir. Autizmin əlamətləri, özünü göstərmə şəkli və autistik uşaqlarla davranış qaydaları haqqında danışılıb, mövzu ilə bağlı videomaterial nümayiş etdirilib.