Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar şəhər MKS-də Elxan Elatlının 55 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

19.12.2017

      19.12.2017-ci il tarixində Mərkəzi Kitabxanada çox oxunan və çox sevilən yazıçı Elxan Elatlının 55 illiyinə həsr olunmuş “Bütün nəsillərin sevimli yazıçısı” adlı dəyirmi masa keçirilmişdir.Dəyirmi masada kitabxana işçiləri və fəal oxucularla yanaşı B.Ağaverdiyev adına Qusar şəhər 1 saylı tam orta məktəbin humanitar təmayüllü X “b” sinif şagirdlləri və sinif rəhbəri Səlimə Əhmədova iştirak etmişlər.Müzakirələrdə çıxış edən MKS-in direktoru Zahir Mustafayev,direktor müavini Lyudmila Məmmədova,sinif rəhbəri Respublikanın  əməkdar müəllimi,Tərəqqi medalı ilə təltif olunmuş Səlimə Əhmədova,şagirdlərdən Nadir Nuriyev,Günel Sultanova,Elnurə Cavadova,Rəsminə Balamətova,Vüsal Muradov,Sənəm İsmayılova,Nəcibə Zeynalova,Sevinc Canmirzəyeva,Günay Salmanova,Günel Seyidova,Qədmulla Məmmədov və digərləri  Elxan Elatlının əsərlərində müasir həyatda insanların başına gələn real hadisələri geniş oxucu kütləsinə çatdırmaqla onları cəmiyyət,ailə və ümumiyyətlə məişət problemlərinin həllində düşünülmüş,səbirli və düzgün yolun seçilməsinə səslədiyini bildirdilər.Əsasən detektiv janrında yazan yazıçının insan psixologiyasına müsbət təsir göstərən əsərlərinin geniş oxucu kütləsinə çatdırmaqda kitabxanaların rolu xüsusi qeyd olundu.Ən çox oxucusu olan X “b” sinifi Qusar rayonu MKS-nin fəxri fərmani ilə təltif olundu.Belə tədbirlərin məktəblə əlaqəli şəkildə müntəzəm olaraq keçirilməsinin məqsədə uyğun olması qeyd olundu.Tədbir iştirakçıları adından sevimli yazıçıya təbrik məktubu göndərilmişdir.