09.01.2026
09.01.2026-ci il tarixdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının oxu zalında Əməkdar incəsənət xadimi, şairə Mədinə Gülgünün 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan poeziyasının Təbriz nəğməsi” adlı tədbir keçirilib. Tədbirdə kitabxana əməkdaşları, Quba rayon II Nügədi kənd 2 saylı tam orta məktəbinin müəllim və şagirdləri, kitabxananın fəal oxucuları və başqaları iştirak edib. Tədbirdə çıxış edənlər bildiriblər ki, bu il Azərbaycanın tanınmış qadın şairi, milli ədəbiyyatımızda Cənub mövzusunu bütün yaradıcılığı boyu daim diqqət mərkəzində saxlayan Əməkdar İncəsənət Xadimi Mədinə Gülgünün anadan olmasından 100 il ötür. Mədinə Gülgün dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləmiş, kəsərli sözləri ilə onların səsinə səs vermişdir. Şairin Bakıda, Moskvada, Təbrizdə nəşr olunmuş “Təbrizin baharı”, “Sülhün səsi”, ”Təbriz qızı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır” və onlarca digər şeir kitabları nəşr olunmuşdur. Bu kitabların başlıca mövsuzu azadlıq, Təbriz həsrəti, insanlara canı yanan bir ana qəlbinin arzu və istəkləridir. Onun lirik şeirləri və sözlərinə bəstələnmiş mahnılar bu gün də dillər əzbəridir. Nə qədər ömrüm var sönməyəcəkdi, Yaşamaq, yaratmaq həvəsim mənim! – deyən şairin məğrur, bir azda niskilli poeziyası heç zaman öz dəyərini itirməyəcək. Tədbir çərçivəsində Quba rayon II Nügədi kənd 2 saylı tam orta məktəbinin şagirdlərinin ifasında şairin məşhur şeirlərindən parçalar səslənib. Sonda “Mədinə Gülgün - 100” adlı kitab sərgisinə baxış keçirilib.