19.01.2026
20 Yanvar faciəsinin 36-cı ildönümündə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin kollektivi və tabeliyində fəaliyyət göstərən Xaçmaz rayon mədəniyyət müəssisələrinin əməkdaşları Xaçmaz Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarşısında ehtiramlarını bildiriblər.
Şəhidlərin məzarları önünə tər qərənfillər düzülərək, onların xatirəsi yad edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!