18.02.2026
18.02.2026-cı il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Mədəniyyət Mərkəzində "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş klub müəssisələrində fəaliyyət göstərən dərnək üzvlərinin rəsm, əl işləri və tətbiqi-sənət nümunələrindən ibarət sərgi keçirilib.
Tədbirdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi, Qusar rayon Mədəniyyət Mərkəzinin direktoru, MİHİ Qusar rayon komitəsinin sədri, Mədəniyyət Mərkəzi və klub müəssisələrinin əməkdaşları, dərnək üzvləri iştirak ediblər. Maraqla izlənilən sərgidə dərnək üzvlərinin çəkdikləri rəsmlər, müxtəlif materiallardan hazırlanmış əl işləri və tətbiqi-sənət nümunələri nümayiş etdirilib.
Tədbirin sonunda istedadlı gənc dərnək üzvlərinə MİHİ Qusar rayon komitəsinin sədri tərəfindən diplom və hədiyyələr təqdim olunub.