24.02.2026
Xocalı: Tarixin unudulmayan faciəsi
24.02.2026-cı il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon Mərkəzi Kitabxanasında MKS-nin əməkdaşlarının iştirakı ilə 26 Fevral-Xocalı Soyqırım qurbanlarının xatirəsi yad edilib.
1992-ci ilin fevralında baş verən bu qanlı hadisə xalqımızın yaddaşına silinməz izlərlə həkk olunmuşdur. Günahsız insanların -qadınların, qocaların, amansızcasına qətlə yetirilməsi insanlığa qarşı törədilmiş ağır cinayət edi.
Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bir vəhşilik aktıdır.
Bu gün kitabxanada keçirilən tədbirin əsas məqsədi gənc nəslə həqiqətlərini çatdırmaq, tariximizi unutmamaq və unutdurmamaqdır. Çünki tarixi bilməyən xalq gələcəyini düzgün qura bilməz. Xocalı həqiqətlərinin dünyaya çatdırılması hər birimizin vətəndaş borcudur.
Tədbirdə video çarx nümayiş etdirilib və "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir" adlı sərgi təşkil edilib
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Xocalı qurbanlarının xatirəsi daim qəlbimizdə yaşayacaq.