24.02.2026
24 fevral 2026-cı il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 34-cü il dönümü ilə əlaqədar Heydər əliyev Mərkəzi və O.Bəşirov adına şəhər 2 saylı ümümi orta məktəbin birgə təşkilatçılığı ilə “Qisasın alındı Xocalım!”adlı tədbir keçirilib.
Tədbir başlamamışdan öncə Mərkəzdə təşkil olunmuş səgiyə baxış keçirilib. Daha sonra tədbir dəyirmi masa ətrafında davam etdirilib. Mərkəzin direktoru tədbiri açıq elan etmiş sonra Xocalı soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Şabran rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev,YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov , şəhid ailəsinin üzvləri və rayon idarə müəsssisə və təşkilat nümayəndələri iştirak edib.
Çıxış edən qonaqlar qeyd edib ki, bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir. Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir. Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. Sonda məktəblilərin hazılrladığı şer kompazisiyası dinlənilib.