Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“”Tarixin qanlı faciəsi – Xocalı soyqırımı” adlı tarix dərsi keçirilib.

23.02.2026

Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirilib.

23 fevral 2026-cı il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyində Qusar rayon Köhnə Xudat kənd tam orta məktəbinin 8-ci sinif şagirdlərinin iştirakı ilə 26 Fevral – Xocalı soyqırımınə həsr olunmuş “Tarixin qanlı faciəsi – Xocalı soyqırımı” adlı tarix dərsi keçirilib.

Tədbir çərçivəsində şagirdlər üçün əvvəlcə muzeydə ekskursiya təşkil edilib, onlara rayonun tarixi, etnoqrafiyası və mədəni irsi haqqında ətraflı məlumat verilib.

Daha sonra faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib. Muzey əməkdaşları tərəfindən “Xocalı soyqırımının tarixi səbəbləri”, “Faciənin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi” və “Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması” mövzularında mühazirələr oxunub.

Sonda mövzu ətrafında diskussiya aparılıb, şagirdlərin sualları cavablandırıb.