Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon MKS-si tərəfindən Quba şəhər 2 saylı körpələr evi-uşaq baxçasında tədbir keçirilib

27.12.2017

       27.12.2017-ci il tarixdə Qubarayon MKS-nin uşaq şöbəsinin  işçiləri tərəfindən Quba şəhər 2 saylı körpələr evi-uşaq baxçasında 31 Dekabr “ Dünya Azərbaycanlılarının Həmrəylik Günü”  və 2018-ci ilin gəlişi ilə əlaqədar“Gözəl yolka, şən  yolka” başlığı altında Yeni il şənliyi keçirildi. Tədbiri giriş sözü ilə körpələr evi –uşaq bağçanın direktoru Arzu Məmmədova açaraq tədbir iştirakçllarını, uşaqları salamladı və bildirdi ki, 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Daha sonra uşaq oxu zalının multimedia  mütəxəssisi Səkinə Güləliyeva çıxış edərək bəzədilmiş küknar ağacı haqqında uşaqlara məlumat verdi. O qeyd etdi ki, yeni il bayramını al-əlvan, bərli-bəzəkli  şam ağacısız təsəvvür etmək qeyri mümkündür. Əlbətdə, şam ağacı təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa daha gözəl olar. Amma təbiəti qorumaq xatirinə süni şam ağacları ilə əvəz etmək  olar. Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Şənlik zamanı uşaqlar şaxta baba, qar qızla birlikdə yolka ətrafında  dövrə vuraraq mahnı oxudular. Yolka şənliyinin sonunda uşaqlardan Nihad Nəsirov, Muxtar Əhmədov, Aişən Məmmədova, Xəyalə Əsgərova, Zəhra İsayeva, Həsən Salayev, Dilbər Əhmədova şeirlərlə  çıxış etdilər. Şənliyin sonunda Şaxta baba uşaqlara hədiyyə payladı.