28.04.2026
Akademik Zərifə Əliyevanın doğum gününə həsr olunmuş tədbir keçirilib.
Aprelin 28-də Siyəzən Rayon Mədəniyyət Mərkəzində akademik Zərifə Əliyevanın doğum günü münasibətilə tədbir keçirilib.
Siyəzən Rayon Mədəniyyət Mərkəzinin və Siyəzən Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Siyəzən Rayon Mərkəzi Xəstəxanasının həkimləri, rayon ziyalıları və Siyəzən Rayon Yeni Azərbaycan Partiyasının əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən materiallarla tanış olublar. Çıxış edənlər onun tibb elminin inkişafına verdiyi mühüm töhfələrdən, yüksək peşəkarlığından, humanist keyfiyyətlərindən və Azərbaycan səhiyyəsinin inkişafındakı əvəzsiz rolundan bəhs ediblər.
Qeyd olunub ki, Zərifə Əliyeva yalnız görkəmli alim deyil, həm də qayğıkeş ana, nəcib və xeyirxah insan kimi yaddaşlarda yaşayır. Onun zəngin irsinin gələcək nəsillər üçün örnək olduğu xüsusi vurğulanıb.
Sonda Zərifə Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub, onun elmi və mənəvi irsinin daim yaşadılmasının vacibliyi qeyd edilib.
Bu kimi tədbirlər cəmiyyətimizdə milli-mənəvi dəyərlərin təbliği, gənc nəslin maarifləndirilməsi və görkəmli şəxsiyyətlərin irsinin yaşadılması baxımından əhəmiyyətlidir.