Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

5 May – Xalçaçı Günü münasibətilə tədbir keçirilib

04.05.2026

 

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin Xalça Muzeyi filialında 5 May – Xalçaçı Gününə həsr olunmuş "Sehirli ilmələrin cazibəsi" adlı tədbir təşkil edilib.

Tədbirin əsas məqsədi Azərbaycanın zəngin xalçaçılıq ənənələrinin təbliği, bu sənətin qorunması və gələcək nəsillərə ötürülməsini təmin etmək olub.

Tədbirdə çıxış edənlər Azərbaycan xalçaçılıq sənətinin qədim tarixə malik olduğunu, milli-mədəni irsimizin ayrılmaz hissəsi kimi dünya miqyasında tanındığını bildiriblər. Qeyd olunub ki, Azərbaycan xalçaları yalnız məişət əşyası deyil, həm də xalqımızın estetik dünyagörüşünü, tarixini və həyat tərzini, hər ilməsində onu toxuyan xanımlarımızın duyğularını, düşüncələrini əks etdirən əsl sənət nümunələridir. Xalçalar bu gün də evlərimizin ən gözəl guşələrini bəzəyir.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib və bu fakt onun beynəlxalq səviyyədə yüksək dəyərə malik olduğunu bir daha təsdiqləyir. Azərbaycan xalçaları dünya bazarında öz aparıcı rolunu hər zaman qoruyub saxlayır.

Tədbir çərçivəsində müxtəlif bölgələrə aid xalça qrupları haqqında geniş məlumat verilib, nümunələr nümayiş etdirilib.

Tədbirdə məktəblilərin ifasında rəngarəng mahnı və rəqslər ifa edilib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak edib.