Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 2017 - ci ilin yekunlarına dair seminar - müşavirə keçirilib

25.12.2017

     25.12.2017-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında 2017 - ci ilin yekunlarına dair seminar -  müşavirə keçirildi. Tədbiri giriş sözü ilə açan MKS - nin direktoru Saməddin Nəsirov kitabxanaçıları qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2018 - ci ilin gəlişi ilə əlaqədar olaraq təbrik etdi. O, həmçinin Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemin mərkəzi kitabxanasının binasında aparılan əsaslı təmir işləri ilə əlaqədar Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə.  Seminarda dekabrın 15-də Sabirabad rayonu Heydər Əliyev Mərkəzində "İlin ən yaxşı kitabxanası" müsabiqəsində “İlin ən yaxşı kitabxana filialı” nominasiyası ilə qalib gələn Amsar kənd kitabxanasından söhbət açıldı  və qalib kitabxanaçıya bu istiqamətdə həyata keçirilən işlərdə müvəffəqiyyətlər arzulandı. Tədbir  çərçivəsində Mərkəzi kitabxananın binasında aparılan əsaslı təmir və  dekabrın 15-də Sabirabad rayonu Heydər Əliyev Mərkəzində "İlin ən yaxşı kitabxanası" müsabiqəsi haqqında yerli telekanallarda nümayiş etdirilən video-çarxlar iştirakçılara təqdim edildi. Seminar-müşavirədə qeyd edildi ki,  məqsədimiz kitabxanalar arasında  qarşılıqlı əlaqələr quraraq, qabaqcıl iş təcrübəsini planlı şəkildə inkişaf etdirməkdir. Sonda müşavirə iştirakçılarına tapşırıq və tövsiyyələr verildi,  dövrü mətbuat paylanıldı və növbəti müşavirənin keçiriləcəyi gün elan olundu.