Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba şəhər 2 saylı körpələr evi uşaq bağçasında “Səsli nağıllar ” mövzusunda tədbir keçirildi

14.12.2017

     14.12.2017  il tarixdə  Quba rayon MKS nin mərkəzi kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə Quba şəhər 2 saylı körpələr evi uşaq  bağçasında “Səsli nağıllar ” mövzusunda tədbir keçirildi.Tədbirin mahiyyəti haqqında şöbənin baş kitabxanaçısı Nazilə Əsədullayeva məlumat verərək qeyd etdi ki, tədbiri keçirtməkdə məqsəd uşaqlarda  kitabxana haqqında fikir yaratmaq , kitabxanada olan məktəbəqədər uşaq ədəbiyyatını körpələrə aşılamaqdır.Tədbirdə Gülzar İbrahimovanın nağılları “ Kobud ayı balası” nağılının ucadan oxunması uşaqların böyük marağına səbəb oldu.Sonda bağçanın məktəbəqədər hazırlığ qrupunun müəlliməsi Nuranə Ağabalayeva kitabxanaçılara minnətdarlığını  bildirdi və belə tədbirlərin tez-tez keçirilməsini tövsiyyə etdi.