Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba Uşaq İncəsənət məktəbində “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə tədbir keçirilmişdir

26.12.2017

           26 dekabr 2017-ci ildə Quba Uşaq İncəsənət məktəbində “Dünya Azərbaycanlılarının Həmrəyliyi  Günü” və “Yeni il” münasibəti ilə tədbir  keçirilmişdir.Tədbiri məktəbin direktoru M.Cəfərov açaraq müəllim, şagird və valideynləri təbrik etdi, onlara  can sağlığı, işlərində müvəfəqiyyətlər arzuladı.

            Tədbirdə məktəbin xalq çlğı alətlərinin müşayiəti və Sənan Məmmədovun ifasında  “Qarabağ” , Xədicə İsmixanovanın ifasında  “Gözəldir” mahnıları səsləndi. Skripka çalanlar ansamblı Oktay Zülfüqarovun  “Şaxta baba” , tarda Fuad İskəndərov   Səid Rüstəmovun  “Qaytağı”, fortepianoda Yeganə Əliyeva “ Yeni rəqs”, fortepianoda  Tofik və Natəvan Mirzəyevlər Vesnyakın “Karlson” əsərini ifa etdilər.  Məktəbin  xoru Musa  Mirzəyevin “Yeni  il gəldi” mahnısını ifa etdi və Şaxta babanı səslədilər. Şaxta babanın gəlişi tədbirə rövnəq verdi.  Uşaqlar çoxlu şeir , mahnı oxudular, rəqs etdilər. Şənlik rəngarəng ifalarla davam etdi.