Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar rayon Heydər Əliyev Mərkəzində ”Azərbaycan-Ulu Diyarım” mövzusunda dəyirmi masa təşkil olunmuşdur

22.12.2017

    22 dekabr 2017-ci il tarixində Qusar rayon Heydər Əliyev Mərkəzində "Ölkəmizi  tanıyaq" VI maarifləndirici tur aksiyasının iştirakçıları olan Qusar rayon məktəbliləri üçün "Azərbaycan-Ulu Diyarım" mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Görüşdə Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova bu layihənin vacibliyini bir daha vurğuladı və şagirdlərə Mərkəz haqqında ətraflı məlumat verdi. Məktəblilər səyahətdə olduqları Qəbələ,Şəki,Zaqatala rayonları haqqında öz təəssüratlarını bölüşdülər. Maraqlı keçən görüşdə "Ölkəm haqqında təəssüratlarım" sorğusunda şagirdlər şifahi və yazılı şəkildə fikirlərini səsləndirdilər.Fərqlənən şagirdlər arasında Şalbuzova Nərminə,Sultanova Güllər,Nurmətova Aynurə, Orucova Könül,Cavadova Elnurə,Zeynalov Vəliyulla Azərbaycanın adət-ənənələrinə,qonaqpərvərliyinə,milli mətbəxinə, müasir və tarixi koloritdə ucaldılan binalara, sosial rifaha,respublikamızın iqtisadi inkişafına olan heyranlıqlarını dilə gətirdilər. Şəhər 2 saylı orta məktəbin şagirdi Zeynalov Vəliyullanın çıxışı olduqca qürurverici idi:"Mən gənc rəssamam.Gələcəyimlə bağlı böyük arzularım var.Bu gəzinti mənim yaddaşımda neçə-neçə rəsm əsərləri: mənzərələr,tablolar yaratdı.Fikirləşirəm ki, yaradıcılığımın böyük bir hissəsini məhz Azərbaycanımızın gözəlliklərinə həsr edəcəyəm.Bu layihəmin adını isə "Ölkəmizi tanıdaq" qoyacağam".

       Görüşün sonunda məktəblilər vətənpərvərlik mövzusunda "Qədirin sorağında", UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmiş Qarabağ at oyunlarına həsr olunmuş "Çövkan" adlı sənədli filmlərini izlədilər.