Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran rayon Mərkəzi Kitabxananın Oxuculara Xidmət şöbəsi Şabran rayon Heydər Əliyev Mərkəzində “Gənclərə dövlət qayğısı” adlı dəyirmi masa keçirildi.

22.12.2017

    22 Dekabr 2017-ci il tarixdə Şabran rayon Mərkəzi Kitabxananın Oxuculara Xidmət şöbəsi Şabran rayon Heydər Əliyev Mərkəzində “Gənclərə dövlət qayğısı” adlı dəyirmi masa keçirildi.

    Tədbirdə Şabran rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Şabran rayon №4-li məktəbin müəllimi və şagirdləri iştirak edirdi.

    Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın sistem inzibatçısı Jalə Həmidova açdı.O,qeyd etdi ki, 1996-cı ildə Ümummilli liderin təşəbbüsü ilə keçirilən Azərbaycan gənclərinin I forumu respublikanın hər yerində gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlanmasına təkan verdi. Ölkənin taleyüklü  məsələlərində gəncliyin sözü və birliyi aparıcı, həlledici amilə çevrildi. Hazırda gənclər dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə uğurla çalışır, ölkəmizi şərəflə, yüksək səviyyədə təmsil edirlər.

     Məruzə ilə Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev çıxış edərək bildirdi ki, 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi vaxtdan bəri Azərbaycan gəncliyinin liderinə çevrilmiş İlham Əliyevin siyasi-iqtisadi, sosial-mənəvi layihələrində idman və gənclik mövzusunun xüsusi yeri olub. Azərbaycanda hər ilin bir sahəyə həsr olunması kimi gözəl ənənə formalaşıb. Bu mənada 2007-ci ilin "Gənclər ili" elan edilməsi Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində gənclik mövzusunun nə qədər aktual və əhəmiyyətli olduğunu bir daha vurğulamış oldu.

     Məruzə ətrafında Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Aynur Əzməmmədova çıxış edərək bildirdi ki, Azərbaycan mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu tarixi məkandır. Beynəlxalq yarışların ölkəmizdə təhlükəsiz, ədalətli prinsiplər əsasında keçirilməsi  idmanın sərhədsiz, geniş coğrafiyaya malik olmasını bir daha önə çəkir. Tarixi proseslər göstərir ki, olimpiya hərəkatı dünyada sülhün və sağlam gələcəyin təminatıdır. Bu, dövlətimizin gənclər və idman  siyasətində bir daha özünü göstərir

     Sonra söz Şabran rayon №4-li məktəbin müəllimi Yaqut Tahirovaya verildi.O,bildirdi ki, Azərbaycan həqiqətlərini təbliğ etmək məqsədilə 2012-ci ildə ilk milli kompüter oyunları - "İşğal altında: Şuşa", "İşğal altında: Ağdam" hazırlanıb gənclərin istifadəsinə verilib. Məhz bu cəhətdən "Tələbə Baharı" festivalı dünya gəncləri arasında həmrəyliyin, dostluğun, sülhün parlaq təcəssümüdür.

     Sonda Şabran rayon №4-li məktəbin şagirdləri İlkin Məmmədov,Röya Hümmətova və Sübiyə Şükürova bildirdilər ki,gələcəyin gəncləri olaraq hər zaman dövlətimizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik.