Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz MKS-nin Uşaq şöbəsi tərəfindən “Dünya Azərbaycanlılarının həmrəyliyi günü” ilə əlaqədar “Doğma yurdum Azərbaycan” adlı tədbir keçirilmişdir.

04.01.2018

     Yanvarın 4-də “Yeni il” və  Xaçmaz Rayon Mərkəzi Kitabxanasının  Uşaq şöbəsi “Dünya Azərbaycanlılarının həmrəyliyi günü” ilə əlaqədar şəhid Mehman Babayev adına 1 saylı məktəbin yuxarı sinif şagirdlərinin  iştirakı ilə “Doğma yurdum Azərbaycan” adlı təntənəli mərasim keçirilmişdir. Azərbaycan tolerant bir ölkə olduğu üçün ölkəmizdə  azərbaycan dili ilə yanaşı, başqa dillərə hörmət və məhəbbət bütün tədris müəssisələrində təbliğ olunur. Bu məğsədlə keçirilən bu tədbirdə uşaqların ifasında  ingilis, ispan, hind rəqsləri və şerləri səslənmişdir.Arzu Cavanşir qızı və Rauf Hüseynov Şaxta baba və Qar qızı təmsil etmişlər. Uşaqlardan Balabəyova Züleyxa, Kərimov Rüfət, Orucov Rauf   ingilis dilində mahnı ifa edərək müxtəlif  rəqslər nümayiş   etmişlər.Tədbirdə 1 saylı məktəbin bütün müəllim kollektivi və valideynlər iştirak etmişlər. Son dərəcə təntənəli keçən tədbirdə uşaqlar sevinclə iştirak etmişlər.Bundan əlavə sülhə, həmrəyliyə, dostluğa aid şerlər də səslənmiş, tədbirin sonunda uşaqlar mövzuya aid sərgi ilə tanış olmuşlar. Tədbir yerli “Günəş” uşaq televiziya kanalı ilə işıqlandırılmışdır.Tədbir 70 nəfər iştirak etmişdir.