Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon MKS-də tanınmış bəstəkar Elza İbrahimovanın anadan olmasının 80 illiyi ilə əlaqədar olaraq tədbir keçirildi.

11.01.2018

    11.01.2018 – ci il tarixdə Quba rayon MKS–nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin oxu zalında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli Sərəncamına əsasən Azərbaycanın və Dağıstanın xalq artisti, bəstəkar Elza İbrahomovanın anadan olmasının 80 illiyi ilə əlaqədar olaraq “Təkrarsız mahnıların əbədiyaşar müəllifi” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan MKS – nin direktor müavini Hüriyyə Sultanova bəstəkarın həyat və yaradıcılıq fəaliyyətindən danışdı və qeyd etdi ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq il ərzində Elza İbrahimovanın 80 illik yubileyi çərçivəsində istər MKS – nin mərkəzi kitabxanasında, istərsə də şəhər, qəsəbə və kənd kitabxana filiallarında müxtəlif mövzulu tədbirlər keçirilməsi nəzərdə tutulub. Sonra çıxış edən Uşaq Musiqi məktəbinin müəllimi Hicran Əliyeva bildirdi ki, Elza İbrahimova musiqinin ən müxtəlif janrlarında yüksək bədii təsir gücünə malik, mənəvi saflıq aşılayan çox sayda dərin məzmunlu əsərlər meydana gətirib. Tədbirdə geniş məruzə ilə çıxış edən MKS – nin mərkəzi kitabxanasının əməkdaşı Gülnarə Səmədova Elza İbrahimovanın Azərbaycan musiqi tarixində yerini əbədiləşdirən parlaq, ölməz və yaddaqalan əsərlər yaratdığını, Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov və o dövrün başqa tanınmış ulduzları ilə əməkdaşlıq etdiyini vurğuladı. Tədbirin sonunda Elza İbrahimovanın həyat və yaradıcılığına həsr olunmuş video-slayd nümayiş etdirildi.