Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba Turizm İnformasiya Mərkəzi Quba rayon tarix-diyarşünaslıq muzeyi ilə birgə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib.

18.01.2018

    18.01.2018-cil tarixində Quba Turizm İnformasiya Mərkəzi Quba rayon tarix-diyarşünaslıq muzeyi ilə birgə 20 Yanvar  faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib. Tədbirdə hər iki  müəssisəsin,  rayonda fəaliyyət göstərən bir sıra turizm obyektlərinin əməkdaşları və 20 Yanvar hadisələrinin canlı şahidləri  iştirak etmişlər.

   Tədbirin əvvəlində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Quba TİM-in direktoru Murad Hacıyev 20 Yanvar hadisələri haqqında danışaraq, Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib.

     Daha sonra tədbirdə Quba tarix-diyarşünaslıq muzeyinin direktoru Məryəm Hacıyeva, Quba Şəhidlər muzeyinin  müdiri Həqiqət Hüseynova, Quba TİM-in mütəxəssisi Qəmər Babayeva, Quba tarix-diyarşünaslıq muzeyinin əməkdaşı Taryel Hacıyev çıxış etmişlər.

      Anım mərasimində 20 yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən törədilmiş qırğınlar, vəhşiliklər nəticəsində  milli azadlıq, müstəqillik yolunda şəhid olan qəhrəmanların xatirəsini əks etdirən sənədli film nümayiş etdirilib.