Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin işçiləri tərəfindən yazıçı Gülzar İbrahimovanın “Sehrli dünya” jurnalının təqdimatı keçirildi.

25.01.2018

       25.01.2018-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin işçiləri tərəfindən Quba şəhər Hikmət Hüseynov adına 4 saylı Humanitar fənnlər üzrə  təmayüllu məktəb liseyində yazıçı Gülzar İbrahimovanın “Sehrli dünya”  jurnalının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan MKS – nin direktor müavini Hüriyyə Sultanova “Sehrli dünya” jurnalından söz açaraq bildirdi ki, uşaqların təfəkkürünün inkişaf eləməsi üçün onların tələbatına uyğun jurnalın olması vacibdir. Rəngli şəkillərin, öyrədici müsabiqələrin, tapmaca, nağıl və uşaq şeirlərinin yer aldığı “Sehrli dünya” jurnalı da məhz uşaqların zehni inkişafına xidmət etməsi üçün yaradılıb.  Bu jurnal uşaqlar üçün böyük əhəmiyyət kəsb edir . Sonra  uşaq şöbəsinin oxu zal müdiri Rima Seyfullayeva   nağıllar, şeirlər, tapmacalar, həmçinin xarici ədəbiyyatdan tərcümələrin də öz əksini tapdığı  jurnalın özəlliklərindən danışdı. O qeyd etdi ki, tarixi keçmişimizin uşaqlara çatdırılması baxımından dərgi böyük əhəmiyyət kəsb edir. Jurnalda rəngli şəkillər, öyrədici müsabiqələr  və uşaq şeirləri geniş  yer tutur. Tədbirdə uşaqların sevimlisi Gülzar nənənin şeirlərini səsləndirən aktiv şagirdlərə jurnalın son nömrəsi hədiyyə edildi. Sonda uşaqlar mərkəzi kitabxananın uşaq şöbəsinin təşkil etdiyi sərgi ilə taniş oldular və jurnalın son nömrələrinə abunə olaraq kitabxanaya yeni oxucu kimi yazıldılar.