Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon MKS-nin mərkəzi kitabxanasında məşhur yazıçı Luis Kerollun “Alisa möcüzələr ölkəsində” adlı sehrli nağıl-povestinin müzakirəsi keçirildi.

17.01.2018

     17.01.2018-ci  il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin oxu zalında Dünya ədəbiyyatının  görkəmli nümayəndəsi olan  məşhur yazıçı Luis Kerollun “Alisa  möcüzələr ölkəsində” adlı sehrli nağıl-povestinin müzakirəsi keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin oxu zal müdiri Rima Seyfullayeva açaraq tədbir iştirakçılarını salamladı və bildirdi ki, L.Keroll 1832-ci ildə Dersberi adlı kiçik bir kənddə ruhani ailəsində anadan olmuşdur. L.Keroll dünyada hər şeydən və hamıdan çox uşaqları sevirdi. Məktublarının birində o, yazırdı: “Mən başa düşə bilmirəm uşaqları necə sevməmək olar. Onlar mənim həyatımın üçdən birini təşkil edir”. L.Keroll uşaqlarla uzun-uzadı səyahətlər edir, onları teatra aparır, evinə qonaq çağırır, uydurduğu çoxsaylı hekayələrlə onları əyləndirir və gülməli şəkillər çəkirdi. Daha sonra şöbənin baş kitbxanaçısı Nazilə Əsədullayeva  çıxış edərək söylədi ki, qaraqabağ adamayovuşmaz L.Keroll uşaqların arasına düşən kimi tamam dəyişirdi. O, inanılmaz dərəcədə şən və maraqlı həmsöhbət olurdu. Öz sakit otağına çəkilən zaman balaca dostlarına məktublar yazırdı. Sonda tədbirdə iştirak edən uşaqlar tərəfindən “Nağıl otağı”nda “Alisa möcüzələr ölkəsində” adlı sehrli nağıl-povestindən kiçik səhnəciklər nümayiş etdirildi.