Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Uşaq İncəsənət məktəbində V.A.Motsartın yaradıcılıq gecəsi keçirildi

13.01.2018

     13 yanvar 2018-ci il tarixində Quba rayon Uşaq İncəsənət məktəbində
V.A.Motsartın yaradıcılıq gecəsi keçirildi.Məktəbin nəzəriyyə müəllimi
Tahirə Orucova V.A.Motsartın həyat və yaradıcılığı barədə ətraflı
məlumat verdi.Tədbir Motsartın bəstələdiyi əsərlərlə davam etdirildi.

     Fortepianoda: v sinif şagirdi Natəvan Mirzəyeva "Fantaziya" re minor, ıv sinif şagirdi Eldar Mütəllimov "Sonata" fa major, Skripkada:      ıı sinif şagirdi Fidan Məmmədova "Menuet", Tarda:             ııı sinif şagirdi  Fərrux Balayev "Rondo"     və s. əsərləri ifa edildi.

      Tədbir bəstəkarın digər əsərləri ilə davam etdirildi.Tədbirdə
müəllimlər,şagirdlər və valideynlər iştirak etdilər.