Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin oxu zalında “Milli Qəhrəmanlar Zirvəsi” mövzusunda Azərbaycanın Milli Qəhrəmanı Əhmədov Mübariz Əlizadə oğlu haqqında söhbət keçirildi.

12.01.2018

     12.01.2018-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin oxu zalında “Milli Qəhrəmanlar Zirvəsi” mövzusunda Azərbaycanın Milli Qəhrəmanı Əhmədov Mübariz Əlizadə oğlu haqqında söhbət keçirildi. İlk öncə qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri  giriş sözü ilə  MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin oxu zal müdiri Rima Seyfullayeva açaraq tədbir iştirakçılarını salamladı. O, çıxış edərək söylədi ki, Əhmədov Mübariz Əlizadə oğlu 1963-cü il yanvar ayının 1-də  Sabirabad rayonunda dünyaya göz açmışdır. 1969-cu ildə burada orta məktəbə getmişdir. 1980-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olmuş, üçüncü kursda oxuyarkən hərbi xidmətə  çağırılmışdır. Erməni basqınçıları Azərbaycan torpaqlarına hücum etməyə başlayanda Mübariz yenicə yaranan özünəmüdafiə batalyonuna ilk yazılan  könüllülərdən olmuşdur. Daha sonra baş kitabxanaçı Nazilə Əsədullayeva  çıxış edərək bildirdi ki,  onun son döyüşü 1992-ci il  sentrabrın 24-ü oldu. Abdal-Gülablı  kəndini erməni faşist dəstələrindən təmizləyən zaman qəfil partlayan mərmi Mübarizin həyatına son qoydu. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Sabirabad rayonunun Qaratəpə  kəndindəki Şəhidlər Xiyabanında dəfn edilmiş, Sabirabad rayonunda büstü qoyulmuşdur. Tədbirin sonunda fəal oxuculardan Afət Rəhimova, Firuz Cəfərov, Ülkər Həbibova, Samirə Əliyeva və başqaları Şəhidlərə həsr olunmuş  şeirlərlə  çıxış etdilər.