Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba Uşaq Musiqi Məktəbində Yeni il şənliyi keçirilib.

30.12.2017

     Dekabrın 30-u Quba Uşaq Musiqi Məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunan konsert təşkil olunub. Tədbirə məktəbin müəllim və şagird kollektivi, valideynlər qatılıb.  Əvvəlcə məktəbin direktoru İlqar Məmmədov çıxış edərək iştirakçıları bayram münasibəti ilə təbrik edib. Bütün azərbaycanlıları  azərbaycançılıq ideyaları ətrafında sıx birləşməyə səsləyib. Bunun dövlətimizin müstəqilliyi, inkişafı üçün vacib olduğunu vurğulayıb.

      Daha sonra səhnə musiqiçilərin ixtiyarına verilib. Şagirdlər bayram əhval-ruhiyəli musiqilər ifa ediblər. İlk olaraq skripkada Rza Hüseynov fortepianoda Günel Məmmədovanın müşayiəti ilə  “Lirik mahnı” (T.Quliyev) əsərini ifa edib. Klarnetdə Namik Əliyevin ifasında “Pastoral” əsəri, Bəturə Əsgərovanın fortepianoda ifasında “Mənə çox şəndir” (V.Adıgözəlov) tamaşaçılara təqdim olunub. Daha sonra klarnetdə Namik Əliyev, qarmonda Ruslan Seyidov və nağarada Toğrul Məmmədov  şən rəqs ifa ediblər. Tarda Selcan İsayeva “Qatar” (F.Əmirov) mahnısını səsləndirib. Ardınca səhnəyə çıxan qarmon ansamlı maraqlı ifa təqdim edib. Belə ki, ansambl “Hardasan yar” (T.Quliyev) əsərini üçsəsli formada səsləndirib. Klarnetdə Eldar İsayev rus xalq mahnısı “Bülbül”, fortepianoda Anar Kəlbəliyev “Motor” (T.Quliyev), Günay Rzayeva “Sevilin rəqsi” (F.Əmirov), akkardionda Ruslan Quliyev fortepianoda Hülya Eldarovanın müşayiəti ilə “Arzular” (T.Quliyev) əsərlərini, Fərman Məmmədov müəllimlərdən ibarət ansamblın müşayiəti ilə “Bağçalarda gül gərək” təsnifini  ifa ediblər. Sonda Toğrul Muradovun ifasında "Yeni il" mahnısı ilə konsertə yekun vurulub. Bayram əhval-ruhiyyəli şən musiqilər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.